Elmi layihə
Elmi layihə N tapşırıqdan ibarətdir və hər biri prosessorlardan birində də olmaqla N-prosessorlu superkompyuterdə icra olunur. Tapşırıqlar digər tapşırıqlarla paralel də icra oluna bilər. Lakin onların bəzilərinin icrası üçün bəzi digər tapşırıqların nəticələri lazımlıdır. Hər bir tapşırıq üçün onun icra müddəti və ondan əvvəl icrası qurtarmalı olan tapşırıqların siyahısı məlumdur.
Layihənin bütün N tapşırığının hamısının icrası üçün ən az vaxtı tapın. Bu mümkün olmadıqda çıxışa -1 verin. Bütün giriş verilənləri qiymətləri 100-ü aşmayan natural ədədlərdir.
Giriş verilənləri
Birinci sətirdə - N-in qiyməti, sonrakı N sayda sətirdə hər bir tapşırıq üçün vaxt və əvvəlki tapşırıqların siyahısı verilir (onlar varsa).
Çıxış verilənləri
Yeganə ədəd - layihənin ən az icra müddəti və ya layihəni icra etmək mümkün olmadıqda -1.