Uğursuz nömrələr
6 rəqəmlidən ibarət nömrəsi olan adi avtobus biletinin ilk üç rəqəminin cəmi son üç rəqəminin cəminə bərabər olarsa xoşbəxt bilet hesab edilir. Məktəbli Vasya xoşbəxt bilet əldə etməyi çox xoşlayırdı, lakin bu elə də tez-tez olmurdu. Ona görə də o, özü üçün xoşbəxt biletin tərifini dəyişdi.
Nömrəsinin bəzi rəqəmlərinin cəmi qalan rəqəmlərinin cəminə bərabər olan biletləri o, xoşbəxt bilet sayırdı. Onun təsəvvürü ilə 561743 nömrəli bilet xoşbəxtdir, çünki, 5+1+4+3=6+7.
Vasya böyüdü, lakin adəti üzrə müxtəlif sənədlərin nömrəsində xoşbəxt nömrə əlamətlərini tapmağa cəhd edirdi. Bunun üçün o, 0-dan k-dək (1 ≤ k ≤ 9) rəqəmdən ibarət n rəqəmli şəxsi hesab nömrəsində və digər sənədlərdə öz xoşbəxt nömrə anlayışını genişləndirdi. Sənədin nömrəsinin bəzi rəqəmlərinin cəmi qalan rəqəmlərinin cəminə bərabərdirsə o zaman həmin nömrəni o, xoşbəxt nömrə sayırdı. Qalan nömrələr onun üçün qarabəxt idi. Təəssüf ki, “xoşbəxt” anlayışının genişləndirilməsinə baxmayaraq, uğursuz nömrələr yenə də daha çox qalır...
Sizə təklif olunur ki, 0-dan k-dək rəqəmdən düzəltmək mümkün olan n-rəqəmli nömrələrdən uğursuzların sayını müəyyənləşdirəsiniz. Nömrələrin əvvəlində istənilən sayda sıfırların olmasına icazə verilir.
Giriş verilənləri
Giriş faylında bir neçə n və k (0 < n < 101) cütlüyünün qiymətləri yerləşir. Hər cütlük ayrıca sətirdə yazılır.
Çıxış verilənləri
Hər bir n və k cütlüyünün qiymətləri üçün çıxış faylının uyğun sətrində axtarılan uğursuz nömrəli biletlərin sayı, əgər belə ədəd ala bilməmişsinizsə, 0 verilir. Giriş və çıxış fayllarındakı sətirlərin sayı bərabər olmalıdır.