Yadplanetlilərin gəlişi
25 may, 1997-ci il, Cəndal rayonunda Elkin-Borisov yaxınlarında sahədə qəribə işarələr tapılmışdır...
Şahid: "Əvvəlcə mən bir UFO gördüm. O soyuq mavi rəngdə parlayırdı. Obyektin mərkəzinə doğtu işiq çəhrayı idi. O sahə üzərində asılmı vəziyyətdə idi, sonra sayrışmağa və dövrü olaraq dairəvi hərəkət etməyə başladı. UFO çox böyük idi. İkinci UFO birincidən bir neçə dəqiqə sonra gəldi. Onun ölçüsü elə birinci UFO-nun ölçüsündə idi. Görünürdü ki, onlar arasında hansısa bir əlaqə vardı - onlar növbə ilə işıldamağa başladılar."
Sahədə yanmış arpa dairələri tapılmışdır. Dairələr eyni radiuslu idilər, onların mərkəzləri bir düz xətt üzərində yerləşirdi.
Sizi gəlmələrin Elkin-Borisov təssərrüfatına vurduğu ziyanı tətqiq etmək üçün dəvət etmişdilər. Bunun üçün sizə yanmış arpa sahəsinin ümümi sahəsini hesablamaq lazımdır.
Giriş verilənləri
İlk sətir iki n və r (1 ≤ n ≤ 1000, 1 ≤ r ≤ 100) tam ədədlərini - dairələrin sayı və uyğun radiuslarını ehtiva edir. Növbəti sətirdə boşluqla ayrılmış n sayda a_1, a_2, ..., a_n (0 ≤ a_i ≤ 5000) tam ədədləri - dairələrin mərkəzlərinin hər hansı bir koordinat başlanğıcına görə sürüşmələri verilir. Bütün sürüşmələr müxtəlifdir.
Çıxış verilənləri
Yeganə tam ədədi - dairələrin örtdüyü ümumi sahəni verməli. Nəticəni onluq nöqtədən sonra 5 işarə dəqiqliyi ilə vermək lazımdır.