Açıqcalar
Valentina günü yaxınlaşırdı. Maşa rəfiqələri ilə bu bayramı qeyd etməyi və açıqcalar hazırlamağı qərara aldı. Açıqcaları bəzəmək üçün Maşa müxtəlif ölçülü tor və şəbəkəli lentdən istifadə etdi. Açıqcaların hazırlanması prosesi çox sadədir: əvvəlcə karton kağız üzərinə torlar yapışdırılır, sonra isə alınan fiqurların ( və ya fiqurun, onlar bir neçə də ola bilər) perimetrləri boyunca lent elə yapışdırılır ki, bütün şəbəkələrin kartonla birləşmə hissəsini tam örtsün. Bunun üçün Maşaya bir açıqcanı bəzəməyə lazım olan lentin uzunluğunu hesablamaq lazımdır. Ona kömək edin.
Giriş verilənləri
Giriş faylı hər biri torları təsvir edən, aralarında boşluq işarəsi olmaqla vergüldən sonra 3 işarə dəqiqliyi ilə verilmiş üç həqiqi ədəd olan bir neçə sətirdən ibarətdir: x, y, r (-10 <= x, y <= 10, 0.001 <= r <= 10). Sətirlərin sayı 1-dən 50-yə qədərdir.
Çıxış verilənləri
Çıxış faylında bir ədəd - açıqcanı bəzəmək üçün lentin cəmi uzunluğu yerləşir. Ədəd vergüldən sonra 3 işarə olmaqla dəyişməz vergüllü formatda verilir.