Qızıl şpil
Candal oblastında yaşıyan 'Jandelika fest' bakteriyası haqqında bəzi xüsusi faktlar məlumdur. Bu bakteriyanın ştammı hava ilə təmasda olduqda o bütün istiqamətlərdə bərabər ölçüdə yayılmağa başlayır, bu zaman onun yaşayış mühitinin sərhəddi mərkəzi ilkin yerləşmə nöqtəsində olan ideal sferadır. Sferanın radiusu zamana görə xətti artır.
Bundan başqa, bakteriyalar müəyyən iyə dözə bilmirlər. Əgər onlar siqaret tüstüsünü hiss edərlərsə, həmin anda məhv olarlar.
Bu xüsusiyyət tez-tez yerli kahinlər tərəfindən istifadə olunur. Onlar məbədləri qızıl şpillərlə möcüzəli formada növbəti şəkildə bəzəyirlər. İdeal düz nazık ağaclar torpağın düz üfüqi səthində yerləşdirilir. Ağacların bəzi hissələri ştamm bakteriyaları ilə örtülür (müxtəlif ştammlar müxtəlif nöqtələrdə yerləşirlər). Müxtəlif koloniyalarda bakteriyaların müxtəlif növləri ola bilər, buna görə də onlar müxtəlif sürətlə yayıla bilərlər. Bir həftədən sonra kahinlər bakteriyaların çoxalması prosesini siqaret çəkməklə dayandırırlar və tikintinin nəticəsini qızıl toz ilə örtürlər. Bundan sonra şpil ehramın yüksəkliyində qoyulur.
Müxtəlif kolonlara uyğun sferalar toqquşa bilər, lakin bakteriyalar bir-birinə qarşı tamamilə laqeyiddirlər. Nöqtə yalnız və yalnız o zaman kolon ilə örtülmüş sayılır ki, o yuxarıda göstərilən (hər biri sərbəst inkişaf edən) sferalardan birində olsun. Bundan başqa bakteriyalar yer səviyyəsinə (sıfır yüksəkliyi) çatdıqları zaman məhv olurlar.
Sizdən ağacların səthinin bakteriyalarla emalından sonra şpilin səthinin tam sahəsini tapmaq tələb olunur. Ağacı ideal xətt kimi qəbul etməli. Kahinlərə şpilin tamamlanması üçün qızılların sayını hesablamaq lazımdır. Hesablama zamanı səthin yalnız sferik hissəsini nəzərə almaq lazımdır.
Giriş verilənləri
Birinci sətir kolonların m (1 ≤ m ≤ 2000) sayını ehtiva edir. Hər bir növbəti m sətir iki həqiqi ədədi ehtiva edir. Birinci ədəd h_i (0 ≤ h_i ≤ 1000) - səth üzərində kolonun hündürlüyü futla ifadə olunur. İkinci ədəd v_i (0 ≤ v_i ≤ 10) - yayılma sürətidir (sürət - radiusun saatda bir dyum böyuməsidir).
Çıxış verilənləri
Şpilin sferik səthinin tam sahəsini kvatrat fut ilə verməli. Cavabı onluq nöqtədən sonra beş işarə dəqiqliyi ilə verməli.