Stritreysinq
Sən svetoforda öz maşınında dayanmısan, səninlə bir sırada və ya bir maşın sonra eynilə sənin kimi biri də dayanıb. Sən onunla tanış deyilsən, hətta onun kim olduğu haqda təsəvvürün belə yoxdur, amma bilirsən ki: o indi başlayacaq... Siz bir-birinizə siqnal vermirsiniz, qaz vermirsiniz, amma hər ikiniz başa düşürsünüz ki: bəli, indi o olacaq, .... Svetoforun siqnalına görə rezinlərin səs-küyü və sistemin işlənmiş qazının fəryadı ilə siz irəliyə şığıyırsınız. Aydınlaşdırmaq istəyirsiniz ki, kimin maşını daha sürətlidir. Svetoforda dayanan maşınların hamısından yalnız ikiniz dəlisovluq etmişsiniz. Əgər onlardan biri sənsənsə, onda sən əsil stritreysersən.
Sibir yürüşçüləri tez-tez şəhər kənarındakı yarımçıq qalmış enib-qalxma zolağında toplaşırdılar. İstiqamət - yolayrıcı Tolmaçevo hava limanının qarşısı idi, ondan sonra sola dönərək beş dəqiqə getmək lazım idi. Sonra sağa ehtiyat zolağa və artıq siz çatmışsınız. Gecə və gündüz yarışırdılar.
Bir dəfə gecə vaxtı DYP əməkdaşları yol boyunca sürəti məhdudlaşdıran nişanlar düzdülər. Növbəti yarışı sürət rejiminə əməl etməklə keçirmək lazım gəldi.
Xatırladırıq ki, sürəti məhdudlaşdıran nişanlarda onun üzərində göstərilən sürəti aşmayan sürətlə hərəkət etmək göstərişi verilir. Nişanın təsiri qoyulduğu yerdən başlayır və növbəti nişanda qurtarır. Yolun başlanğıcından ilk nişanadək 90 km/saat adi sürət məhdudiyyəti qüvvədə olur.
Əgər mühərrikin artıra biləcəyi ən yüksək təcil a_1 m/san^2, ən yüksək tormozlanma təcili a_2 m/san^2 olarsa, hansı ən az vaxtda sizin maşın yolu qət edəcək? Yolun başlanğıcında sizin maşın hərəkətsiz, dayanmış vəziyyətdədir.
Giriş verilənləri
Faylın birinci sətrində həqiqi S(0 < S <= 10000 m) ədədi - yolun uzunluğu yazılır.
Giriş faylının ikinci sətrində iki həqiqi a_1 və a_2 (0 < a_1, a_2 <= 10 m/san^2) ədədləri yerləşir. Üçüncü sətirdə qoyulan yol nişanlarının sayı olan N(0 <= N <=100) tam ədədi verilir. Sonrakı N sayda sətirdə isə aralarında boşluq işarəsi olmaqla həqiqi S_i, V_i ədədlər cütü - uyğun olaraq yolun başlanğıcından i-ci (1 <= i <= N) nişanadək olan məsafə və o nişanın üzərində göstərilən sürət məhdudiyyəti (0 <= S_i < S, 0 < V_i <= 500) verilir. Nişanlar başlanğıcdan başlayaraq sıra ilə nömrələnir(S_i < S_{i+1} , 1 <= i < N olduqda).
Çıxış verilənləri
Çıxış faylında bir həqiqi ədəd - saniyə ilə ən az vaxt onluq vergüldən sonra altı rəqəm dəqiqliyi ilə yerləşməlidir.