Məlumatların ötürülməsi
Birindən o birisinə V meqabayt həcmdə informasiya ötürmək lazım gələn iki kompyuter var. İnformasiya daşıyıcısı kimi həcmi V_1 və V_{2 }meqabayt, oxunma sürəti uyğun olaraq R_1 və R_2 və yazılma sürət saniyədə W_1, W_2 meqabayt olan iki USB diski var.
Disklərin konstruktiv xüsusiyyəti ondadır ki, oxunma və yazılma tam ədəd olan saniyədə baş verir, o cümlədən, əgər informasiya mənbəyində və ya qəbuledicidə bir saniyədə yazıla biləndən yer azdırsa, köçürmə yenə də bir saniyə çəkəcək. Hər bir kompyuterdə yalnız bir USB portu var. Ona görə də eyni vaxt anında ya kompyuterdən informasiyanın üzünü bir daşıyıcıya köçürmək olar, ya da diskdən məlumatları oxuyub kompyuterə köçürmək olar.
Disklərin keçirilməsinə sərf olunan vaxt sıfır olarsa, hansı ən qısa zamanda informasiyanı bir kompyuterdən digərinə köçürməsinə sərf olunan vaxtı müəyyənləşdirmək tələb olunur.
Giriş verilənləri
Giriş faylının birinci sətrində bir tam V ədədi-köçürmək lazım gələn informasiyanın həcmi yazılmışdır.
Sonrakı iki sətrin hər birində üç ədəd - hər diskin parametrləri verilir. Əvvəcə V_1, R_1,W_1, sonra isə müvafiq olaraq V_2, R_2 və W_2. Bütün ədədlər uc nöqtələr də daxil olmaqla 1-dən 300-dək diapazondadır.
Çıxış verilənləri
Çıxış faylında bir ədədi - verilmiş həcmdəki informasiyanın bir kompyuterdən digərinə köçürülməsinə sərf olunan ən az vaxtı vermək lazımdır.