Cəmləmə
Verilmiş cəm və tam ədədlər olan mümkün toplananlar siyahısı üçün verilmiş cəmin alınması üçün bütün üsulları tapın. Məsələn, əgər cəm 4 olaraq verilmişdirsə və ədədlər siyahısı 4 3 2 2 1 1 olarsa, onda
Sums of 4: 4 3+1 2+2 2+1+1
alarıq.
Giriş verilənləri
Giriş faylı ixtiyarı sayda testləri ehtiva edə bilər. Hər bir test üçün verilənlər bir sətirdən ibarət ola bilər. İlk iki ədəd siyahıdakı ədədlərin cəmini və sayını ifadə edir. Sonra siyahının özü verilir. Bütün ədədlər bir və ya bir neçə boşluqla ayrılacaq. Hər bir siyahıdakı ədədlər azalan sıra ilə verilir və təkrarlama ola bilər. Hər bir siyahıda 12-dən artıq ədəd olmayacaq və hər bir ədəd 1000-dən kiçik müsbət tam ədəddir. Cəm 1000-dən kiçik müsbət tam ədəddir.
Çıxış verilənləri
Hər bir giriş verilənləri üçün əvvəlcə "Sums of" sətrini verin, sonra isə cəmin özünü verin. Daha sonra hər bir sətirdə cəmləri verin. Əgər belə bir cəmi əldə etmək mümkün deyilsə, "NONE" sətrini verin. Hər bir cəmdəki ədədlər azalan ardıcıllıqda olmalıdır. Ədəd ilkin siyahıda nə qədər təkrarlanmışsa, cəm də o qədər təkrarlanmalıdır. Cəm üçün hər bir test çıxış verilənlərinə nümunədə göstərildiyi kimi nizamlanmalıdır. Siyahını verərkən heç bir təkrar sətir olmamlıdır. Hər bir sətir yeni sətirdə verilməlidir. " of " sözündən əvvəl və sonra bir ədəd boşluq verin.