Torpağın bölüşdürülməsi
Orkların Alyans qüvvələri ilə döyüşü Ordların tam qələbəsi ilə başa çatdı. Orkların qaniçən döyüşçüləri Orqrim Dumxammerin başçılığı ilə qarşılarındakı hər şeyi məhv edərək xarabalıqlarda yerləşən Lorderon əyalətindən və Xaz-Modan cinlər krallığından keçdi. Azerot torpaqlarında indi artıq Ordların hökmdarlığı başladı. Nəhayət zəbt olunmuş torpaqların Orda qəbilələri arasında bölüşdürülməsinin vaxtı çatdı. Bəli, müxtəlif qəbilələri təmsil edən generallar xəritənin üzərinə əyilərək gələcəkdə yeni inzibati ərazilərin sərhədləri olacaq düz xətlər keçirirlər.
Lorderonun xəritəsini ayıran bu xətlərin ayırdığı torpaqların sayını müəyyənləşdirən proqramı yazın.
Giriş verilənləri
Giriş faylının birinci sətrində xəritənin W və H ölçüsü (sol aşağı küncündəki nöqtənin (0,0) koordinatları, sağ yuxarı – (W,H)) və çəkilən düz xətlərin N (1 ≤ W,H ≤ 100, 1≤ N ≤ 1000) sayı verilir. Sonrakı N sətrin hər birində uyğun düz xəttin ax+by+c=0 (−1000 ≤ a,b ≤ 1000, −10^6 ≤ c ≤ 10^6, |a|+|b|≠0) tənliyindəki a, b, c əmsalları verilir. Giriş faylındakı bütün ədədlər tam ədədlərdir.
Çıxış verilənləri
Çıxış faylında xəritənin üzərində yaranan torpaq sahələrinin sayını vermək lazımdır.