Rəngli düzbucaqlılar
Nə vaxt ki, Vitya həndəsə dərsində Pifaqor teoremini öyrəndi, o müəyyən müddətə siyasətçi olmaq barədə öz təkəbbürlü arzusunu kənara qoydu. Anladı ki, əbədi dəyər yalnız elmdə mümkündür və dahi riyaziyyatçıları insanlar həmişə unutmurlar.
Gələcək kəşflərə öz hazırlığını o, öz müqəddəratı üçün belə qərar qəbul etdiyi günün səhərisi başladı.
Bir damalı vərəqdə o, koordinat sistemi çəkdi və onun birinci rübündə düzbucaqlılar çəkməyə başladı. Onun bütün düzbucaqlıları kəsişmir və bir-birinə toxunmurlar. O, N sayda belə düzbucaqlı qurandan sonra onları rəngləməyə başladı. Koordinat başlanğıcından tam görünənləri o, yaşıl rənglə boyadı, qismən görünəni qırmızı rənglə, koordinat sisteminin başlanğıc nöqtəsindən ümumiyyətlə görmək mümkün olmayan düzbucaqlıları isə göy rənglə boyadı.
Onu hər şeydən çox bu sual maraqlandırırdı: o neçə düzbucaqlını göy rənglə boyamışdı?
Giriş verilənləri
Birinci sətirdə çəkilmiş düzbucaqlıların N (1 ≤ N ≤ 1000) sayı verilir. Sonrakı N sayda sətrin hər birində aralarında boşluq işarəsi olmaqla 4 ədəd - hər bir çəkilmiş düzbucaqlının sol aşağı və sağ yuxarı künclərdəki təpə nöqtələrinin koordinatları göstərilir: 0 < X_1, Y_1, X_2, Y_2 ≤ 30000
Çıxış verilənləri
Yeganə ədəd - göy düzbucaqlıların sayı.