Qeyri-dəqiq axtarış
Verilmiş alt sətrin mətndə axtarışı məsələsi şübhəsiz çox əhəmiyyətlidir və onun həlli əksər proqramlaşdırma dillərində standart kitabxananın funksiyaları vasitəsilə reallaşdırılmışdır. Ancaq çox zaman qeyri-dəqiq axtarış məsələsini həll etmək lazım gəlir. a sətrini b sətrinə çevirmək üçün lazım olan əməliyyatların minimal sayını iki a və b sətirləri arasındakı məsafə adlandıraq. Mümkün əməliyyatlar bunlardır: istənilən simvolun istənilən simvolla əvəz edilməsi, istənilən simvolun sətirdə ixtiyari mövqedə yerləşdirilməsi və ixtiyari simvolun uzaqlaşdırılması. Məsələn, "at" və "iti" sətirləri arasındakı məsafə 2-yə bərabərdir. Verilmiş mətndə verilmiş alt sətirədək məsafəsi d-dən böyük olmayan alt sətri tapmaq lazımdır.
Giriş verilənləri
Birinci sətirdə üzərində axtarış aparılacaq sətir yazılır. Sətrin uzunluğu 1 simvoldan az və 2·10^6^{ }simvoldan çox deyil. Daha sonra axtarış nümunəsi olan sətir yerləşir. Onun uzunluğu 1 simvoldan az deyil və 50 simvoldan da çox deyil. Verilmiş sətirlərdə latın əlifbasının böyük, kiçik hərfləri və rəqəmlər yerləşir. Axırıncı sətirdə axtarılan alt sətirlə axtarış nümunəsi arasındakı məsafənin ən böyük qiyməti olan d (0 ≤ d ≤ 50) tam ədədi yerləşir. Əgər bir neçə həll varsa, onda çıxışa onlardan ixtiyari biri verilir.
Çıxış verilənləri
Çıxışa iki tam start, length ədədlərini verin; burada start tapılmış alt sətrin birinci simvolunun mövqeyi, length isə onun uzunluğudur. Sətirdə simvolların nömrələnməsi sıfırdan (0) başlayır.