Surəti çıxarılmadan müdafiə
Uzaq keçmişdə çox-çox uzaq qalaktikada, multfilmlər hələ çıxmayan vaxtlar, heç kəsin Qarri Potter və Vlastelin Koles haqqında heç nə bilmədiyi vaxtlar çox uzaq bir planetdə smeşariklər dəstəsi yaşayırdı. Onların texnologiyası o qədər kamil, mükəmməl idi ki, onlar zaman maşını yaratmışdılar və onunla gələcəyə, “Yer” planetinə gedə bilirdilər. Burada onlardan birinin əlinə tamamilə təsadüfən ”Smeşariklər”in birinci seriyası düşdü. Bu seriya tədqiqatçıları elə sarsıtmışdı ki, gedişi nəticəsində onlara bütün seriyalar toplusunu əldə etməyə imkan verən təcili təhlükəli reyd etdilər. Bu seriyaları onlar vətənə gətirdilər, burada onlar son dərəcədə populyar oldu. Təəssüf ki, multfilmlər surətinin çıxarılmasından müdafiə sisteminə malik idi, smeşariklər isə öz qanuna tabe mahiyyəti ilə haker fəaliyyətinə uyğunlaşmırdılar. Ona görə də onlar yerdən gətirilmiş diskləri mübadilə etmək məcburiyyətində idilər.
Yerli pop-ulduz Bilaş onunla heç bir əlaqəsi olmayan belə populyarlıqdan incidi və hər şeyi köhnə məcraya yönəltməyi qərara aldı. Bunun üçün Bilaş smeşariklərin arasını elə vurmaq istəyirdi ki, onlar öz aralarında ünsiyyətdə olmayan iki cəbhəyə bölünsünlər.
Bir smeşarik cütlüyünün arasını vurmaq üçün Bilaşdan 1 y.e. güc sərf etmək tələb olunurdu. Amma Bilaş dəhşətli dərəcədə tənbəl olduğundan öz məqsədinə çatmaq üçün minimum güc sərf etmək istəyirdi. Ona kömək edin.
Giriş verilənləri
Birinci sətirdə iki ədəd- smeşariklərin sayı olan N (N ≤ 100) və multfilmləri dəyişdirən, mübadilə edən smeşarik cütlüklərinin sayı olan M ədədi verilir. Sonrakı M sayda sətrin hər birində U və V ədədlər cütlüyü sadalanır. U və V onu göstərir ki, smeşarik U smeşarik V ilə tanışdır və multfilmləri dəyişdirirlər.
Çıxış verilənləri
Bilaşın öz məqsədinə çatması üçün sərf etdiyi minimum y.e. gücünü göstərən ədəd çıxışa verilir.