Şerin adı
Bu yaxınlarda keçirilmiş referendumda smeşariklər “Müəllif Hüquqlarının Qorunması haqqında” qanunun “Şerin adı” maddəsinə düzəlişlər qəbul etdilər. Əvvəllər qanun tələb edirdi ki, şerin adı 0 və 1 rəqəmlərindən ibarət ardıcıllıq olmalıdır. İndi isə zəruri idi ki, hər bir yeni şerin adı təkcə 0 və 1 rəqəmlər ardıcıllığı deyil, həm də öz adının tərkibində əvvəllər çap edilmiş digər əsərin adı olmasın.
Referendumdan sonra smeşariklər öz saytlarında artıq mövcud əsərlərin adlarını çap etdilər. Hər yeni şer yarandıqca bu siyahını təzələməyi qərara aldılar.
Qanunvericilikdə belə dəyişikliyi öyrənən Baraş özünün bütün şedevr əsərlərini K uzunluqlu ardıcıllıqla adlandırmağı qərara aldı. O, smeşariklərin saytına girərək gördü ki, siyahıda artıq N sayda yad əsər var. Ona maraqlı idi ki, yeni qanunu pozmadan o, daha neçə şer yaza bilər. Saymağa başlayanda Baraş anladı ki, bu həddindən artıq mürəkkəbdir və o bunun öhdəsindən gələ bilməyəcək. Onun neçə şer yaza biləcəyini müəyyənləşdirməkdə Baraşa kömək edin. Baraş hiss edir ki, belə şerlərin sayı həddindən artıq çoxdur. Ona görə də xahiş edir ki, çıxışa bütün ədədləri deyil, mütləq qiymətcə P-dən çox olmayanları verəsiniz.
Giriş verilənləri
Birinci sətirdə üç ədəd - N, К (K ≤ 1000) və P (P ≤ 2*10^9) verilir. Sonrakı N sətrin hər birində adların siyahısı yazılır. Hər bir ad vahid və sıfırlardan ibarət ardıcıllıqla ifadə edilir. Sözün uzunluğu 15-i aşmır. Məlumdur ki, qanun qəbul edilməmişə qədər şerlərin adları üst-üstə düşə bilər, lakin siyahıdan onları çıxartmayıblar.
Çıxış verilənləri
Qanunu pozmadan və adların uzunluğu haqqında öz qaydasını dəyişmədən Baraşın yaza biləcəyi şerlərin modulca P-dən çox olmayan sayını göstərən ədədi çıxışa verin.