Kopatıçın çəpəri
Kopatıç öz ləklərini çağırılmamış qonaqlardan (xüsusilə, Kpoşanın çənə ilə etdiyi intizamsızlıqdan sonra) qorumaq üçün çəpər çəkməyi düşündü. Dostları bu asan olmayan işdə kömək etmək və ona ad günündə hədiyyə etməyi qərara aldılar.
Dostlarına yaxşılıq üçün qərara aldılar ki, hamı çəpərin çəkilməsində iştirak etsin. Lakin çəkilmiş çəpərin sürpriz olması üçün smeşariklər işə yalnız gecələr çıxırdılar.
Hər biri çəpərin bir hissəsini çəkirdi. Təəssüf ki, qaranlıqda görmək çətin olduğundan çəpərin bəzi hissələri bostanda əyri-üyrü düşmüşdü. Səhər açıldı, Smeşariklər öz əlləri ilə yaratdıqlarını gördülər və qərara aldılar ki, çəpərdəki əlavə hissələri elə yığışdırsınlar ki, bir dənə ən uzun düz çəpər alınsın.
Giriş verilənləri
Birinci sətirdə N (N ≤ 100000) natural ədədi - çəpərin çəkilməsində iştirak edən smeşariklərin sayı verilir. Sonrakı N sayda sətrin hər bir i-si sətrində dörd tam ədəd - i-ci smeşarikin çəkdiyi çəpərin başlanğıc və son nöqtələrinin koordinatları olan x_1, y_1, x_2, y_2 ədədləri yazılır.
Koordinatlar mütləq qiymətcə 1000-i aşmır.
Çıxış verilənləri
Çıxış faylına vergüldən sağda altı rəqəm dəqiqliyi ilə bir həqiqi ədədi - çəpərin axtarılan uzunluğunu verin.