Dağ siçanları köndələninə kəsilmiş tir üzərində
Öz iki dostlarını ventilyasiyadan xilas edəndən sonra dağ siçanları şux bir bayram təşkil etdilər. Onlar bütün smaşarikləri dəvət etdilər, çay içməyə və bir-birinin ardınca hər şeyi gəmirməyə başladılar. Sonra isə dağ siçanları yekə bir barankanı sürüyüb gətirdilər və smeşariklərə onunla oyun oynamağı təklif etdilər. Smeşariklər növbə ilə dağ siçanlarına əmrlər deyirdilər, dağ siçanları isə barankanın üzərində qaçaraq onları icra edirdilər.
Baranka W*H ölçülü dama-dama köndələninə kəsilmiş tir şəklindədir. Bayram şənliyində cəmi N sayda dağ siçanı iştirak edir. Bütün dağ siçanları fərqlidir, sadəlik üçün onları 0-dan N-1-dək nömrələyək. Ventilyasiya sistemindən xilas olduqdan sonra dağ siçanları birdən-birə ağıllanıblar və indi onlar çox mürəkkəb komandalar məcmusunu yerinə yetirə bilirlər. Növbəti komandanın nömrəsi bütün dağ siçanlarının koordinatlarının cəminə N moduluna görə bərabər olan dağ siçanı verir. Komandalar aşağıdakı tiplərdə ola bilər:
Sola L - əgər üfiqdə digər dağ siçanı varsa, onda ən yaxın dağ siçanından bir dama solda dayan. Əgər beləsi yoxdursa, bir dama sola hərəkət et.
R, U, D komandaları da uyğun olaraq sağa, yuxarı və aşağı istiqamətlərdə hərəkətlər üçün analoji icra edilir.
Oyunun sonunda bütün dağ siçanlarının harada olacağını müəyyənləşdirin.
Giriş verilənləri
Birinci sətirdə üç tam ədəd- W, H(H, W ≤ 100000)- tirin uyğun olaraq üfiqi və şaquli ölçüləri və N(N ≤ 1000) dağsiçanlarının sayı verilir. İkinci sətirdə dağ siçanlarının ilkin koordinatları olan N sayda ədədlər cütü yerləşir. Dağ siçanları 0-dan başlayaraq nömrələnir. Barankanın ölçülərinin koordinatları məhduddur: 0 ≤ X < W, 0 ≤ Y < H. Axırıncıdan əvvəlki sətirdə komandaların M (0≤M≤1000) sayı verilir. Axırıncı sətirdə proqram yerləşir. Komandalar arasında boşluq işarəsi olmaqla sadalanır.
Çıxış verilənləri
i-ci sətirdə hər bir i-ci dağ siçanı üçün komanda icra edildikdən sonra onun koordinatlarını verin.