Kompot tədarükü
Hər il Bayquş qışa özü və dostları üçün kompot hazırlayırdı. Bunun üçün o, evciyinin yerləşdiyi yerdə böyüyən ağacda yetişən meyvələrdən istifadə edirdi. Əgər ağac uca olmasaydı, onunla birlikdə meyvə məhsulu da çoxalmasaydı onda hər şey yaxı olardı. Çox gözəl axşamların birində kompot hazırlayarkən, o başa düşdü ki, çoxalan meyvələrlə sadəcə olaraq bacara bilməyəcək.
Xöşbəxtlikdən, ən yaxın vaxtlarda Pinin heç bir işi yox idi. Beləliklə, Slackware Linux-in ən yaxın yeniləşdirilməsi tezliklə gözlənilmirdi, amma əvvəlki versiyanı o artıq eninə və uzununa bütünlüklə öyrənmişdi. Ona görə də Pin Bayquşa bu xoş niyyətli təşəbbüsdə əməyin məhsuldarlığını yüksəltmək və Bayquşun faydalı iş əmsalını qaldırmaq məqsədilə kompot tədarük etmə prosesinin avtomatlaşdırılması üçün maşın hissələrini yaxşılaşdırmaqda kömək edə bilərdi. Eyni zamanda Pin Bayquşa əvvəlki iki ildə hazırlanmış qıcqırmış kompot ehtiyatını axıra kimi içib qurtarmaqda kömək etdi. Belə ki, Bayquş qənaətcil olduğundan, o anladı ki, qıcqırmış kompotdan xalis Ruhlandırıcı İksir hazırlamaq olar. Ona görə də belə kompot ehtiyatı onda həmişə olurdu...
Pinin fəaliyyətinin yekununda maşın hissələrinin sayı əvvəlkinə nisbətən K qədər çoxaldı və kompleksin cəmi məhsuldarlığı artmışdı. Bütün maşın hissələri saatda hazırlanan bankaların sayı ilə ifadə olunan eyni məhsuldarlığa malikdirlər.
Əgər istehsalatın yenidənqurulmasına qədər Bayquş gündə ümumilikdə N banka kompot verirdisə, yenidənqurmadan sonra o gündə M banka kompot verməyə başladı. Buna baxmayaraq, bu o demək deyildir ki, əlavə artıq kompotlar qalırdı, sadəcə onları daha tez içirdilər.
Girişdə verilən K, N, M ədədlərinə görə yenidənqurmaya qədər neçə kompot maşın hissələrinin ola biləcəyini müəyyənləşdirən və çıxış faylında bütün mümkün variantları artma sırası ilə verən proqramı yazın. Fərz edilir ki, mümkün variantlar həmişə var.
Giriş verilənləri
Giriş faylının sətrində tam K, N, M ədədləri ardıcıl olaraq yazılır. 0 < K, N, M ≤ 2000000000
Çıxış verilənləri
Çıxış faylında axtarılan ədədlər artma sırası ilə hər bir sətirdə bir ədəd olmaqla yazılır.