Böyük sirr
Bir dəfə məşhur fantik (rəngli konfet kağızı) kolleksiyaçısı olan Kirpi öz kolleksiyasının təqdimatını keçirdi. Kolleksiya o qədər heyranedici idi ki, Nyuşadan başqa bütün smeşariklər fantik kolleksiyaçısı olmağı qərara aldılar. Kolleksiya toplamaq sadəcə maraqlı deyil, bu prosesdə əsas mübadilədir. Əvvəllər mübadilə prosesi sonda smeşariklər arasında mübahisələrə gətirib çıxaran kortəbii surətdə idi. Müdrik Bayquş smeşariklərdən kimin öz fantiklərini kimə verdiyini göstərən siyahı tutaraq mübadilə prosesini nizamlamağı qərara aldı. Yeni mübahisələrdən qaçmaq üçün siyahı elə tərtib edilirdi ki, hər bir smeşarik öz fantikini yalnız konkret bir smeşarikə versin və yalnız bir konkret smeşarikdən fantik alsın (o fantik verdiyi və aldığı smeşariklər eyni ola bilər).
Nyuşa onu unutduqlarına görə həddindən artıq incidi. O, mübadilə prosesini pozmağı qərara aldı, bunun üçünsə ona Bayquş tərəfindən tərtib edilmiş siyahını bilmək lazım idi. Siyahı Nyuşanın bilmədiyi gizli yerdə saxlanılırdı. Ona görə də o, belə mübadilə variantlarının hamısını özü seçib ayırmağı qərara aldı. Amma gic Nyuşa bilmirdi ki, belə variantların sayı lap çoxdur. Onu özünü atdığı bu çarəsiz həngamədən qurtarmaq üçün neçə belə variantın olmasını hesablamaqda ona kömək edin.
Giriş verilənləri
Giriş faylının birinci sətrində testlərin T (1 <= T <= 100) sayı yerləşir. Sonrakı T sayda sətrin hər birində bir natural N ədədi - mübadilədə iştirak edən smeşariklərin sayı yerləşir. 1 <= N <= 100.
Çıxış verilənləri
Hər bir test üçün "Case #K: R" sətrini verin. Burada K-testin nömrəsi, R-veriən test üçün cavabdır.