Şaman qavalı
Bir dəfə Losya səhər tezdən yuxudan belə bir qəti hisslə oyandı ki, o, öz "Окошки 95" əməliyyat sistemini daha müasir, sürətli, etibarlı və istifadəsi sadə olan hər hansı biri ilə dəyişdirmək istəyir. Losya "Linux" əməliyyat sistemi haqqında hətta əfsanəvi Tixlə şəxsən tanış olması haqqında şayiələr dolaşan dostu Pindən kifayət qədər tərifli sözlər eşitmişdi. Losya Linux-i quraşdırmağa kömək etməsini xahiş etmək üçün Pinin yanına yüyürdü.
Pin Losyanın peyda olmasına və onun xahişinə çox fərəhləndi. İş onda idi ki, bir saat əvvəl o Slackware 11- in sonuncu distributivini köçürmüşdü və bu distributivi yoxlamaq üçün maşın tapmaq istəyirdi.
Pin DVD-ni qamarladı və artıq yola düşməyə hazırlaşırdı ki, birdən Tixlə bu günlərdəki söhbəti xatırladı. Söhbətdə ona məlumat vermişdi ki, Slackware-ni quraşdırdıqda və gələcəkdə istifadə etmək üçün kompyuterin üstündə ciddi üfüqi vəziyyətdə asılı qalması üçün adi şaman qavalı lazımdır. Qaval sistemin fasiləsiz işləməsini təmin etmək üçün sistemin bütün istismarı müddətində asılı olmalıdır.
Slackware-nin quraşdırılması üçün Şaman qavalı yalnız elə qavaldır ki, sıfır radiuslu, lakin özünün əvvəlki öz aralarında yalnız düz bucaq altında kəsişən və birləşən çox yüngül millərlə birləşdirilmiş çəkisiz bütün Slackware versiyalarının müəyyən çəkisi olan müqəddəs CD disklərindən ibarətdir. Qaval əlaqəlidir, əks halda bu artıq bir neçə qaval olardı. Qavalı onun hər hansı milinə bağlı olan sapdan asmaq olar. Xöşbəxtlikdən, Pində artıq belə qaval var, amma o bilmir ki, onu üfiqi asmaq olarmı. Pin Sizdən öz qavalından istifadə etməyin mümkün olduğunu və ya ona yenisini almaq lazım gəldiyini öyrənməkdə ona kömək etməyinizi xahiş edir.
Giriş verilənləri
Giriş faylının birinci sətrində qavaldakı CD-disklərin sayı olan N ədədi yazılır. Sonrakı N (N ≤ 10000) sayda sətrin hər birində uyğun diskin koordinatları olan X və Y (-10000 ≤ X, Y ≤ 10000) ədədləri və həmçinin, verilmiş diskin karatla çəkisi olan L (L ≤ 1000) ədədi yazılır.
Sonrakı sətirdə millərin sayı olan M (M ≤ 15000) ədədi yazılır. Daha sonrakı M sətirdə uyğun millərlə birləşdirilmiş disklərin nömrələri yazılır.
Bütün ədədlər tam ədəddir. Disklər və millər tək rəqəmlə nömrələnir.
Çıxış verilənləri
Əgər qavalı asmaq mümkündürsə, onda çıxışa dırnaqsız "YES" , əks halda isə "NO" (yenə də dırnaqsız) verin.