Yalançılar
Tok-şouda öz aralarında bir-biri ilə tanış olan N adam iştirak edir. Onların arasında elələri var ki, həmişə doğru danışır, qalanları isə həmişə yalan danışır(heç olmasa bir adam). Proqramın sonunda aparıcı iştirakçılardan kimin hansı qrupa daxil olduğunu müəyyənləşdirməyi qərara aldı. Bunun üçün o, belə sual verdi: “Sizin aranızda həmişə doğru danışanların sayı nə qədərdir?”. Hər bir iştirakçı 0-dan N-dək cavabını verir. Bundan sonra aparıcı müəyyən adamları seçir və eyni sualı onlara verir. Cavabları aldıqdan sonra kimin doğru və kimin yalan danışdığını dəqiq təminatla müəyyənləşdirir. İştirakçılar ikinci suala cavabı aparıcının seçdiyi adamlara uyğun, onlar haqqında verirlər.
Tok-şoudakı iştirakçıların sayına və onların birinci suala verdikləri cavaba görə aparıcının sorğunun ikinci mərhələsi üçün minimum sayda adam seçməsi üçün proqram tərtib edin.
Giriş verilənləri
Giriş faylının birinci sətrində tok-şoudakı iştirakçıların sayı olan bir tam N (1 ≤ N ≤ 1000) ədədi yerləşir. Sonrakı sətirdə 0-dan N-dək N sayda ədəd - hər bir iştirakçının birinci suala verdiyi cavablar yerləşir.
Çıxış verilənləri
Çıxış faylının yeganə sətrində bir tam ədəd - aparıcının təkrar sorğu üçün seçməsi zəruri olan adamların axtarılan minimum sayı yerləşməlidir. Əgər aparıcının elə birinci sualdan sonra kimin doğru, kimin yalan danışdığını müəyyənləşdirmək imkanı varsa, onda çıxışa 0 ədədini verin.