Sərhədlər
Qədim Qeyri-Roma dövləti müəyyən hasarla hasarlanmış qabarıq çoxbucaqlı şəklində sərhədə malikdir. Qeyri-Roma dövləti öz düşmənlərinə qalib gələrək və yeni torpaqlar zəbt edərək daim öz ərazisini genişləndirirlər. Yeni sərhədlər qabarıq çoxbucaqlı şəklinə düşdükdə Qeyri-Romalılar köhnə hasarları dağıdıb yenisini tikirlər.
Müasir tarixçilər qədim Qeyri-Romanın inkişafını tədqiq etməklə məşğul olmağı qərara aldılar. Onlarda isə yeganə olan çoxbucaqlıların təpə nöqtələrində əvvəllər yerləşən dirəklərin basdırıldığı dəliklərin koordinatları idi.
Sizin proqram hər yeni hasarın köhnə hasarla tərəfləri üzrə toxunmadığını nəzərə almaqla və dirəklərin koordinatlarından istifadə etməklə tikilmiş hasarların sayını tapmaqda tarixçilərə kömək etməlidir.
Giriş verilənləri
Giriş faylı bir neçə testdən ibarətdir. Hər bir testin birinci sətri dəliklərin sayını göstərir. Hər bir sonrakı sətirdə bir dəliyin X və Y tam koordinatları vergüllə ayrılmaqla verilir. Koordinatların qiymətləri 1000-i aşmır. Dəliklərin koordinatları təsadüfü ardıcıllıqla yazılmışdır. Giriş faylında boş sətir yerləşmir.
Çıxış verilənləri
Proqram ayrıca sətirdə hər bir test üçün tikilmiş hasarların sayını verməlidir, yaxud əgər heç olmasa bir hasar qabarıq çoxbucaqlı əmələ gətirmirsə, çıxışa NO verməlidir.