Mafiya
Bu gün Don Kapon öz mafiya klanının yubileyini bayram edir. Bu hadisə ilə əlaqədar o bütün klanların nümayəndələrini dəvət edib. Şənliyə N (1 ≤ N ≤ 1000) adam gəlib. Hər bir klan bayram hədiyyəsi - müəyyən məbləğdə, min dollarla olan tam ədəd (0 ≤ D_i ≤100)- pul olan keys gətirib. Don Kapon çox vasvasıdır, ona görə də o keysləri görünüşünə görə qiymətləndirir və əgər keys xoşuna gəlirsə, hədiyyəni qəbul edir, əks halda ondan imtina edir və qonağı qovur. Donun köməkçisi hər bir qonağın nə qədər pul gətirdiyini bilir, lakin hansı keyslərdən Donun imtina edəcəyini bilmir. İndi o, sonda nə qədər cəmi pul alacağı variantlarını hesablamaq istəyir.
Giriş verilənləri
Giriş faylının birinci sətrində fayldakı testlərin T sayı yerləşir. Sonra verilənlərin T bloku gəlir. Blokun birinci sətrində bir N ədədi, ikinci sətrində N sayda boşluq işarəsi ilə ayrılmış – D_1, D_2, …, D_N ədədləri yerləşir.
Çıxış verilənləri
Hər bir test üçün çıxış faylında ayrıca sətir verin. Sətirdə yeganə ədəd - müxtəlif məbləğlərin qiymətlərinin sayını göstərən ədəd olmalıdır.