Bahar
Tarixdən əvvəlki vaxtlarda ədədlərin bölünməsi ən çətin məsələlərdən biri hesab edilirdi. Vaxt var idi ki, bölmənin “sirri” az adama məlum idi, və o nəsildən nəslə ötürülürdü. Bunun səbəbi onda idi ki, mövcud bölmə alqoritmi istifadə etmək və yadda saxlamaq üçün həddindən artıq mürəkkəb idi və çox yer tuturdu. Sütunlarla bölmə meydana gəldikdən sonra situasiya qəti şəkildə dəyişdi. İndi bölmə digər hesab əməlləri kimi ibtidai riyaziyyatın proqramına daxil edildi. Bununla belə, məktəbdə heç də hamı bölməni yaxşı bilmirdi. Məsələn, keçən həftə iki fermer torpaq sahəsi almışdılar. Alış haqqında müqaviləyə görə, hər fermerə düşən torpaq sahəsi onluq kəsr şəklində ifadə edilmişdi. Amma onlardan heç birinin anlayışı yox idi ki, bu ədədə uyğun olaraq onlar torpağı necə bölməlidirlər. Çünki, ədəd dövrü onluq kəsr şəklində idi.
Giriş verilənləri
Giriş faylının birinci sətrində testlərin Т (T < 20) sayı olan tam ədədi yerləşir. Sonrakı T sayda sətrin hər birində onluq kəsr 0.[<tamədəd>](<tam ədəd>) şəklində yazılır. Hər sətrin uzunluğu 13 simvoldan çox deyil.
Çıxış verilənləri
Hər bir test üçün proqram ixtisar olunmayan <tam ədəd>[/<tam ədəd>] şəklində kəsri çıxışa verməlidir. Əgər məxrəc 1-ə bərabərdirsə, o çıxışa verilməməlidir. Hər bir kəsr yeni sətirdə verilir.