Oxşarlıq
Latın əlifbasında əvəz etmə - bu hərfin digəri ilə qarşılıqlı birqiymətli əvəz edilməsidir. Eyni uzunluqlu iki söz üçün əgər elə əvəz etmə varsa ki, bir sözü o birinə gətirir, onda o zaman həmin sözlər oxşar adlandırılacaq. Məsələn, dog və cat, nine və pope sözləri bir-birinə oxşardır, amma dog və pup, nine və four sözləri isə oxşar deyil.
Aydındır ki, əgər iki söz üçüncüyə oxşardırsa, onda onlar öz aralarında da oxşardırlar. Beləliklə, bütün sözlər komplekti qarşılıqlı oxşar olan müəyyən sayda qruplara bölünür. Belə qrupların sayı oxşarlığın indeksi adlanır.
Məsələn, man, num, kid, mom, dad sözlər komplektinin oxşarlıq indeksi 2-dir, çünki, man və kid sözləri, eləcə də nun, mom və dad sözləri öz aralarında oxşardır.
L uzunluqlu N söz verilib. Bu sözlər komplektinin oxşarlıq indeksini müəyyənləşdirin.
Giriş verilənləri
Birinci sətirdə sözlərin sayı olan N ədədi yerləşir. Sonrakı N sayda sətrin hər birində bir söz yerləşir. Latın əlifbasının kiçik hərflərindən ibarət olan ixtiyari ardıcıllıq söz adlanır. 0 < N <= 5000. 0 < L <= 50.
Çıxış verilənləri
Verilmiş sözlər komplektinin oxşarlıq indeksi olan yeganə ədəd çıxışa verilir.