Bataqlıq
Bataqlıq tərəfləri koordinat oxlarına paralel olan düzbucaqlı formasındadır, bataqlığın iki qarşı bucaqları (0,0) və (W,H) koordinatlarına malikdir. Burada, W və H – tam müsbət ədədlərdir. Bataqlıqda N sayda koordinatları tam ədəd olan nöqtələr var.
Valya adlı qız bataqlığın sol sərhəddinə yaxınlaşır. Valya bataqlığı sol sahildən başlayaraq hər hansı nöqtəyə tullana, sonra nöqtədən-nöqtəyə tullana-tullana və nəhayət nöqtədən sağ sahilə tullanmaqla keçə bilər.
Təəssüf ki, Valya ayaqlarının bağlanması sindromundan əziyyət çəkir, ona görə də o, yalnız eyni uzunluqda tullana bilər. Deməli, onun yolundakı qonşu nöqtələr arasındakı məsafə hər hansı müəyyən olunmuş L ədədinə bərabər olmalıdır. Sol sahildən birinci nöqtəyə qədər və son nöqtədən sağ sahilədək məsafə L-i aşmamalıdır.
L tullanışların elə ən kiçik uzunluğunu müəyyənləşdirin ki, Valyaya bataqlığı keçməsinə imkan versin.
Giriş verilənləri
Birinci sətirdə üç tam W, H və N ədədləri yerləşir. Sonrakı N sayda sətrin hər birində nöqtələrin koordinatları olan X, Y ədədləri yerləşir. 0 < W, H <= 100; 0 < N <= 1000.
Çıxış verilənləri
Tam L^2 ədədi, burada L axtarılan uzunluqdur.