Möcüzə ağacı
Bir budağın üzərində bağban müxtəlif meyvələr (banan, portağal və s.) yetişdirib və indi onları toplamaq istəyir. O, yan-yana böyüyən iki meyvəni dərib götürə bilər, lakin bu meyvələri dərən kimi onların arasında dərhal yeni bir meyvə yetişir. Bu yeni meyvənin növü, dərilmiş iki meyvənin növünə əsasən müəyyən edilir.
Hər dəfə meyvələrin sayı 1 azalır və nəticədə elə bir vəziyyət yaranacaq ki, yalnız bir meyvə qalacaq və onu dərmək mümkün olmayacaq. Sizin vəzifəniz bu son meyvənin hansı növ ola biləcəyini müəyyən etməkdir.
Giriş verilənləri
Giriş faylının ilk sətirində iki tam ədəd N və k (1 ≤ N ≤ 500, 1 ≤ k ≤ 10) verilir. Burada N - budaqda olan meyvələrin sayı, k - möcüzə ağacında böyüyə bilən meyvə növlərinin sayıdır. İkinci sətirdə budaqda ardıcıl olaraq bir-birinin ardınca böyüyən meyvələrin növlərini müəyyən edən N tam ədəd verilir. Bu ədədlər 1 ilə k arasında yerləşir. Son k sətirin hər birində k ədəd verilir. Bu ədədlər yeni meyvələrin yetişmə qaydalarını göstərir: i-ci sətirdəki j-ci ədəd, birinci növü i olan və ikinci növü j olan ardıcıl iki meyvə dərildikdə yetişəcək meyvənin növünü müəyyən edir.
Çıxış verilənləri
Çıxış faylının yeganə sətirində möcüzə ağacının budağında sonuncu olaraq qalacaq meyvə növlərini artan sırayla verin.