Səfehlər Məmləkətinin Möcüzələr Sahəsinin qarpız
Beynəlxalq maliyyə böhranı Səfehlər Məmləkətinin iqtisadiyyatını çökdürdü və Buratino əlavə gəlir almaq üçün qarpız becərməyi qərara aldı. Təbii ki, bunun üçün o, məşhur Möcüzələr Sahəsindən istifadə etməyə başladı. Xüsusi səylə işləmək nəticəsində ( ola bilər ki, sahənin möcüzəli xüsusiyyətindən) qarpızların vaxta görə böyümə sürəti dəyişmədi, amma müxtəlif qarpızlar üçün fərqli ola bilərdi. Möcüzələr Sahəsinin qarpızları turistlər üçün məşhur və cəlbedici idi.
Turistlərin qarpızla şəkil çəkdirməyi sevdiklərini müəyyənləşdirən Buratino VİP turistlər üçün yeni xidməti işə saldı: ən ağır qarpızla foto.
Bir dəfə Buratino bütün qarpızların eyni vaxtda çəkisini və böyümə sürətini ölçdü. Onda ölçmədən sonrakı ixtiyari K-cı gün üçün istənilən qarpızın çəkisini W_K = W_0+ S*K düsturu ilə hesablaya bilər. Burada, W_0 uyğun qarpız üçün ilkin çəki, S isə böyümə sürətidir.
Buratino bütün bu hesablamaların hər gün və əllə aparılması üçün həddindən artıq tənbəl idi və Sizdən ona kömək etməyi xahiş edir. Verilmiş gün üçün ən ağır qarpızı tapan proqramı yazın.
Giriş verilənləri
Giriş faylının birinci sətrində sahədəki qarpızların sayı olan bir tam N(1<= N <= 10^5) ədədi yerləşir. Sonrakı N sayda sətrin hər birində aralarında bir boşluq işarəsi olmaqla uyğun qarpızın ilkin çəkisi və böyümə sürəti olan iki tam W_0 və S (1 <= W_0, S <= 10^9) ədədləri yerləşir.
Daha sonrakı sətirdə ən ağır qarpızı müəyyənləşdirməli olduğunuz günü göstərən bir tam M (1 <= M <= 10^5) ədədi yerləşir. Giriş faylının sonrakı M sayda sətrinin hər birində məsələnin sualına onun üçün cavab verməli olduğunuz bir tam K (1 <= K <= 10^9) ədədi yerləşir.
Çıxış verilənləri
Çıxış faylında giriş faylında verilən suallara uyğun ardıcıllıqla hər gün üçün bir sətir olmaqla, cəmi M sətir yerləşməlidir. Uyğun sətirdə həmin gün üçün ən ağır qarpızın nömrəsi olan bir tam ədəd çıxışa verilir. Əgər belə qarpız bir neçədirsə, onda onların içərisindən ən kiçik nömrəli qarpızın nömrəsini verin. Qarpızlar giriş faylında verilən ardıcıllıqla 1-dən N-dək ədədlərlə nömrələnirlər.