Yoxlama cəm
Sizin tapşırıq - verilmiş test məlumatlarına görə yoxlama cəminin hesablanması üsulunu tapın. Aşağıdakı məhdudiyyətlər ödənilməlidir:
Yoxlama cəmi - bu iki baytlıq mənfi olmayan tam ədəddir.
Əgər biz ilkin test məlumatına çox uzun ikilik ədəd kimi( məlumatın birinci baytına ikilik ədədin ən böyük baytı kimi baxılır) baxsaq və onun sonuna tapılmış ikibaytlıq yoxlama cəmi yazsaq, onda yeni uzun ikilik ədədi verilmiş D ədədinə böldükdə 0 qalığı verəcək.
Əgər bir neçə tam ədəd əvvəlki şərti ödəyirsə, onda yoxlama cəmi bu ədədlərdən ən kiçiyidir.
D ədədi 34943-yə bərabərdir.
Giriş verilənləri
Giriş faylında boş olmayan 1024-dən çox olmayan ASCII-simvolu olan mətni sətir verilir.
Çıxış verilənləri
Çıxışa hesablanmış yoxlama cəmini bir boşluq işarəsi ilə ayrılmış iki onaltılıq ədəd( yoxlama cəminin uyğun olaraq böyük və kiçik baytı) kimi verin. Hər bir onaltılıq ədəd düz iki rəqəmdən ibarət olmalıdır.