Sıraya düzülmə
Bir dəfə Rusiya Federasiyası Hesablama Palatasının nümayəndəsi İqor Dmitri oğlu Traffik hesaba almaq üçün №192.168.0.9 hərbi hissəyə baş çəkdi. O fikirləşdi ki, əsgərlər N cərgədə sıraya düzüləndə sonuncu cərgədə N-1 əsgər olur, eyni sayda əsgərlər M cərgədə sıraya düzülərlərsə, sonuncu cərgədə M-1əsgər olur. Qalan digər cərgələr isə tam olur.
Sonradan ona bu verilənlərə görə hərbi hissədəki əsgərlərin sayını təyin etmək lazım gəldi. O başa düşdü ki, bu ədədi birmənalı şəkildə təyin etmək mümkün deyil, buna görə də əsgərlərin mümkün minimal sayını tapmaqla məhdudlaşmaq qərarına gəldi. O bu məsələni öz müavininə, yəni Sizə həvalə etdi. Bu münasibətlə Sizi təbrik edirik.
Giriş verilənləri
Giriş faylında boşluqla ayrılmış iki natural N və M (2 ≤ N, M ≤ 150000) ədədləri verilir.
Çıxış verilənləri
Çıxış faylına yeganə ədədi - hərbi hissədəki əsgərlərin cari minimal sayını verin. Onun Longint diapazonunda olduğuna zəmanət verilir.