Yığma printeri
Yığma printerində N sözü çap etmək lazımdır. Yığma printeri – elə köhnə printerdir ki, sözü düzəltmək üçün kiçik metal elementləri(hər birində hərflər yerləşən) quraşdırmaq tələb olunur. Bundan sonra sözü çap etmək üçün onun üzərinə kağız vərəq sıxılır. Sizin printer aşağıdakı əməliyyatları icra etməyə imkan verir:
Printerdə yığılan hərfi sözün sonuna əlavə etmək.
Printerdə yığılan sözün sonuncu hərfini silmək. Bu o zaman mümkün olur ki, printerə heç olmasa bir hərf quraşdırılsın.
Printerdə yığılmış sözü çap etmək.
Başlanğıcda printer boşdur: onda hərflər olan metal elementlər yerləşmir. Çapdan sonra printerdə bəzi hərfləri saxlamağa icazə verilir. Həmçinin, sözləri xoşunuza gələn ixtiyari ardıcıllıqla çap etmək olar.
Siz verilmiş N sözə görə bu sözləri ixtiyari ardıcıllıqla çap etmək üçün zəruri olan minimum sayda əməliyyatların sayını tapan proqramı yazmalı və belə əməliyyatlar ardıcıllığından birini çıxışa verməlisiniz.
1 <= N <= 25 000 (N – çap edilməsi zəruri olan sözlərin sayıdır).
Giriş verilənləri
Sizin proqram standart girişdən aşağıdakı verilənləri oxumalıdır:
Birinci sətirdə çap edilməsi zəruri olan sözlərin sayı olan tam N ədədini.
Hər bir sonrakı N sayda sətrin hər birində bir söz yerləşir. Hər bir söz latın əlifbasının('a' – 'z')-dək yalnız kiçik hərflərindən ibarətdir və uzunluğu 1-dən 20 də daxil olmaqla 20-dək simvoldan ibarətdir.
Bütün sözlər müxtəlifdir.
Çıxış verilənləri
Sizin proqram standart çıxışa aşağıdakı verilənləri verməlidir:
Birinci sətirdə N sözün çapı üçün tələb olunan əməliyyatların minimum sayını göstərən M tam ədədi yerləşir.
Sonrakı M sətrin hər birində bir simvol yerləşməlidir. Bu simvollar əməliyyatların icra edilmə ardıcıllığını təsvir edir. Hər bir əməliyyat aşağıdakı kimi təsvir edilməlidir:
Hərflərin əlavə edilməsini aşağı registrdə yığılmış hərfin özü ifadə edir.
Axırıncı hərfin silinməsini '-' (minus, ASCII kod 45) simvolu göstərir.
Cari sözün çapını 'P' (latın əlifbasının böyük P hərfi) simvolu ifadə edir.