Kvadrat polindrom
Andrey yenicə informasiya texnologiyalarında cevriliş etdi: o hərflərdən ibarət düzbucaqlıda ən böyük plindromun daha tez tapılmasının necə reallaşdırlmasını anladı. Siz də bunu edə bilərsinizmi?
Hər birində n hərf olan n sətirdən ibarət kvadratın əgər hər bir sətri və hər bir sütunu polindrom olarsa, n ölçülü kvadrat polindrom adlanır. Sətir o zaman polindrom adlanır ki, birinci hərfi sonuncu ilə, ikincisi sonuncudan əvvəlki ilə və s. üst-üstə düşsün.
Giriş verilənləri
Giriş faylının birinci sətrində hərflərdən ibarət verilmiş düzbucaqlının hündürlüyünü və genişliyini ifadə edən iki tam h və w (1 ≤ h, w ≤ 700) ədədləri verilir. Sonrakı hər bir h sətri w sayda hərf (düzbucaqlının özünü) ehiva edir.
Çıxış verilənləri
Hərflərdən ibarət verilmiş düzbucaqlının hissəsi olan maksimal kvadrat polindromun koordinatlarını verməli. Dörd ədəd verməli: kvadratın birinci sətri, birinci sütunu, sonuncu sətri, sonuncu sütununun koordinatları. Sətirlər 1-dən h-a qədər, sütunlar isə 1-dən w-ya qədər nömrələnir. Əgər bir neçə həll olarsa, onlardan istənilən birini verməli.