Siferblat
Siferblatda ədədlərin ikilik say sistemində ardıcıllığı verilib. Bölmə xətləri həm ədədlər arasında, həm də bir ədədin rəqəmləri arasında keçə bilər, beləliklə, onu iki və ya daha çox ədədə bölə bilər. Hər bir sektor üçün orada yerləşən ədədlərin cəmini hesablamaq olar.
Ardıcıl ədədlərin heç biri 0-a bərabər deyil və yazılışı birlə başlayır. İkilik yazılışda ədədin rəqəmlərinin sayı 25-dən çox deyil. Siferblatda rəqəmlərin ümumi sayı 100-dən çox deyil.
Siferblat sektorlara bölünə bilər. Şəkildə bizə tanış olan 1-dən 12-yə qədər ədədlərlə (bir qədər qeyri-adi formada) siferblat göstərilib. O, 4 sektora bölünüb. Sektorlardakı cəmlər 1, 15, 18 və 36 olacaq.
DIAL proqramını yazın ki, verilmiş ardıcıllığa görə siferblatın sektorlara elə müxtəlif bölünmələrinin sayını təyin etsin ki, bütün sektorlardakı ədədlərin cəmi eyni olsun.
Giriş verilənləri
Giriş faylının yeganə sətirində ədədlərin ardıcıllığı verilib. Ardıcıllıqda ədədlər boşluqla ayrılıb.
Çıxış verilənləri
Çıxış faylının yeganə sətirində təbii ədəd olmalıdır — siferblatın sektorlara axtarılan bölünmələrinin sayı.