Adalar
Heroes of Might and Magic III məşhur oyunun təsadüfi kart generatoru başlanğıcda qəhrəmanların yerləşdiriləcəyi adalar yaradır. Belə bir generasiyası zamanı adalar müxtəlif ölçülərdə alınırlar. Ən böyük adanın sahəsinin ən kiçik adanın sahəsinə olan nisbətini ədalətsizlik əmsalı adlandıraq. Bu əmsalı tapmaq tələb olunur.
Xəritə hər bir xanasında 0 (su) və ya 1 (torpaq) yazılmış N×M ölçülü düzbucaqlı formasındadır. Maksimal sayda əlaqələndirilmiş 1-lərdən ibarət xanalar o zaman ada hesab edilir ki, A xanalar çoxluğundan növbəti şərtləri ödəsin:
A-nın istənilən xanasından digər xanasına yalnız A-nın xanalarından və tərəflərindən keçməklə getmək mümkün olsun;
A-ya yeni 1 ehtiva edən xana əlavə etdikdə, əvvəlki şərt ödənmir.
Giriş verilənləri
Giriş faylının birinci sətrində xəritənin ölçüləri - N və M (1 ≤ N, M ≤ 1000) ədədləri verilir. Daha sonra xəritənin özü – M sətrin hər birində N ədəd (0 və 1) verilir. Sətir daxilində ədədlər boşluqlarla ayrılırlar.
Çıxış verilənləri
Çıxış faylında onluq nöqtədən sonra 5 rəqəm saxlamaqla ədalətsizlik əmsalını verməli. Əgər xəritədə heç bir ada yoxdursa, 0 verməli.