Kamelot
Çox qədimlərdə şah Artur və Dəyirmi Masa Cəngavərləri öz dostluqlarını qeyd etmək üçün Yeni İldə toplaşdılar. Bu hadisənin xatirəsi olaraq bir oyunçu üçün Şahın fiqurunun və bir neçə Cəngavərin fiqurlarının lövhənin müxtəlif xanalarında təsadüfi yerləşdirilmiş olduğu masaüstü Kamelot oyununa baxaq.
Lövhə 8x8 ölçüsündədir (şək.1).
Şək. 1. Lövhə
Şah şək. 2-də göstərildiyi kimi əgər lövhənin hüdudlarından kənara çıxmazsa, istənilən qonşu xanaya keçə bilər.
Şək. 2. Şahın bütün mümkün gedişləri
Cəngavər əgər lövhənin hüdudlarından kənara çıxmazsa, şək. 3-də göstərildiyi kimi hərəkət edə bilər.
Şək. 3. Cəngavərin bütün mümkün gedişləri
Oyun zamanı oyunçu birdən çox fiquru bir xanaya yerləşdirə bilər. Xanalar kifayət qədər böyük hesab edilir və fiqurların sərbəst yerdəyişməsinə maneə olmur.
Oyunçu Şah və Cəngavəri elə hərəkət etdirməlidir ki, minimal sayda gediş etməklə onları bir xanaya yığa bilsin. Fiqurlar üzərində gedişləri yuxarıda göstərilmiş qaydada icra etmək lazımdır. Əlavə olaraq, Şah və bir və ya bir neçə Cəngavər eyni bir xanada olarlarsa, oyunçu Şah və Cəngavərlərdən birini birlikdə Cəngavərin yerdəyişməsi qaydasına görə yerini dəyişdirə bilər və bunu bir gediş kimi qəbul etmək olar.
Bütün fiqurları minimal sayda gediş etməklə bir xanaya yığan proqramı tərtib edin.
Giriş verilənləri
Giriş faylı fiqurların lövhədəki ilkin vəziyyətlərini təyin edən bir simvollar sətrini ehtiva edir. Sətir lövhənin xanalar ardıcıllığını ehtiva edir. Bunlardan birincisi Şahın xanası, digərləri isə Cəngavərlərin (Cəngavərlərin sayı 63-dən çox deyildir) xanalarıdır. Hər bir xana hərf-rəqəm cütlüyü ilə təyin olunur. Hərf lövhənin xanasının üfüqi, rəqəm isə şaquli koordinatını təyin edir. Bütün fiqurlar oyunun əvvəlində müxtəlif xanalarda yerləşmişdir.
Çıxış verilənləri
Çıxış faylında bütün fiqurları lövhənin bir xanasına yığmaq üçün oyunçunun edə biləcəyi minimal gedişlərin sayını ifadə edən müsbət tam ədədlərdən ibarət yeganə sətri vermək lazımdır.