Piyada və at
Məlum populyar http://acm.timus.ru saytında “Piyada və fil” adlı məsələ var.
Biz ona oxşar, ağ piyada və qara at iştirak edən bir oyunu təqdim edirik. Oyunda gedişlər ümumi qəbul edilmiş şahmat qaydalarına uyğun edilir. İlk gedişi ağlar edirlər. Əgər ağlar öz piyadalarını hərəkət etdirərək vəzirə çeviriblərsə və özünün növbəti gedişi ilə qara at onu vura bilmirsə ağlar qalib gəlir. Əgər növbə ağlarındırsa, lakin piyada irəli hərəkət edə bilmirsə, onda oyun heç-heçə qurtarır. Əgər at piyadanı və ya vəziri vura bilirsə, onda qaralar qalib gəlir. Hər iki tərəfin ən yaxşı oyunu zamanı oyunun nəticəsini aydınlaşdırmaq tələb olunur.
Giriş verilənləri
Bir sətirdə aralarında boşluq işarəsi olmaqla əvvəlcə ağ piyadanın, sonra isə qara atın vəziyyəti verilir (şahmat notasiyası ilə, lakin fiqurlar göstərilmədən).
Çıxış verilənləri
Çıxışa əgər ağlar qalib gəliblərsə , qaralar qalib gəliblərsə , oyun heç-heçə qurtarıbsa verilir.