Kanalların paylaşdırılması
Radiostansiya böyük ərazidə yayın apararkən hər bir dinləyicinin güclü siqnal əldə etməsi üçün retranslyatorlardan istifadə edir. Bundan başqa hər bir retranslyator üçün qonşu retranslyatorların bir-birinə mane olmaması üçün kanallar dəqiq seçilməlidir, bu da yalnız o zaman mümkün olar ki, qonşu retranslyatorlar müxtəlif kanallar istifadə etsinlər.
Belə ki, radio tezlik spektri bahalı olduğu üçün verilmiş şəbəkə üçün kanalların sayını azaltmaq lazımdır. Siz retranslyatorlar şəbəkəsini təyin edən qiymətləri oxuyan və bu şəbəkə üçün lazım olan kanalların sayını təyin edən proqramı yazmalısınız.
Giriş verilənləri
Giriş verilənləri bir neçə şəbəkəni təyin edən verilənləri ehtiva edir. Hər bir təyin şəbəkədəki retranslyatorların sayını (1-dən 26-ya qədər ədədlər) ehtiva edən sətirlə başlayır. Bütün retranslyatorlar böyük latın hərfləri ilə işarə edilir. Məsələn, əgər şəbəkədə on ədəd retranslyator olarsa, onda onlar – A, B, C, .., I, J kimi işarələnirlər. Giriş verilənləri retranslyator olmayan şəbəkə ilə tamamlanır. Bu şəbəkəni emal etmək lazım deyil.
Retranslyatorların sayından sonra qonşu retranslyatorların siyahısı verilir. Hər bir sətir növbəti şəkildədir:
A:BCDH
təyini göstərir ki, B, C, D, H retranslyatorları A retranslyatoru ilə eyni sərhəddədirlər. Birinci sətir A ilə qonşu olan retranslyatorları təyin edir, ikinci sətir B ilə qonşu olanları və s. Əgər retranslyatorun qonşusu yoxdursa, onda o növbəti şəkildə verilir:
A:
Bütün retranslyatorlar əlifba sırası ilə verilir.
Əgər A B ilə qonşudursa, onda B də A ilə qonşudur. Bundan başqa, retranslyatorlar bir müstəvidə yerləşdikləri üçün qonşu retranslyatorların birləşməsi ilə qurulan qrafın kəsişən tilləri yoxdur.
Çıxış verilənləri
Hər bir şəbəkə verilənləri üçün (emal olunmayan sonuncudan başqa) bir birinə mane olmayan kanalların birləşməsi üçün kanalların minimal sayını ehtiva edən yeganə sətri verin. Sətrin formatı çıxış verilənlərinə nümunədə göstərilmişdir. Diqqət edin ki, yalnız bir ədəd kanal olarsa, qrammatik olaraq doğru verilmiş olsun.