Sudoku
Sudoku toru şəkil 1a-da göstərildiyi kimi bəzi xanaları A-dan P-yə qədər hərflərlə (ingilis əlifbasının ilk 16 böyük hərfi) doldurulmuş 16x16 xanalı tor və ya 16 ədəd 4x4 ölçülü kvadrat qrupudur. Oyunun məğzi ondan ibarətdir ki, bütün boş xanaları A-dan P-yə qədər hərflərlə elə doldurmaq lazımdır ki, tordakı hər bir hərf hər sətirdə, hər sütunda və hər bir 4x4 kvadratda yalnız bir dəfə rast gəlsin. Torun cari məzmunu yuxarıdakı məhdudiyyət tələbinə cavab verir və yeganə həlli vardır.
Giriş verilənləri
Giriş verilənlərinin hər bir dəsti toru kodlaşdırır və 16 sətir və 16 sütunu ehtiva edir, giriş verilənlərinə nümunədə göstərildiyi kimi növbəti dəstin i-ci sətri torun i-ci sətrini ifadə edir və sətrin birinci mövqeyindən başlayır. Sətir {A, B, …, P, -} çoxluğunu ehtiva edir (burada "–" (minus) torun boş xanasına işarə edir. Müxtəlif verilənlər dəsti bir boş sətirlə ayrılır və faylın sonu ilə bitir.
Çıxış verilənləri
Proqram torun girişində alınan həlli giriş verilənlərində olduğu formatda verir.