Şamları qoruma
Yeni İl qabağı dovşanlar şamlığın mühafizəsini gücləndirmək qərarına gəldilər. Bunun üçün bir-neçə mühafizə xətti yaradıldı. Əvvəlcə onlar meşə sahəsinin perimetri (qabarıq çoxbucaqlı) boyunca məftil çəkərək onu ən güclü dovşana həvalə etdilər. Bu xətt daxilində daha bir çəpər yaradaraq bir az zəifə tapşırdılar və s. Nəhayət artıq bütün şamlar mühafizəyə alındı. Dovşanların başçısı meşədə dovşanların növbətçilik cədvəlini tərtib edərkən sizə müraciət edir - şamların mühafizəsi üçün bir növbədə ən az neçə mühafizəçi lazımdır?
Giriş verilənləri
Birinci sətirdə ağacların sayı – N verilir. İkinci sətirdə ağacların meşədəki koordinatları, bir-birindən boşluqla ayrılmış 2N sayda ədəd verilir.
1 ≤ N ≤ 100, -1000 ≤ X_i, Y_i ≤ 1000.
Çıxış verilənləri
Tək ədəd - şamları mühafizə etmək üçün tələb olunan dovşanların sayı.