Cırtdanların səyahəti
Məlum olduğu kimi cırtdanlar meşədə yaşayırdılar və əsasən piyada gəzərək nadirən səyahət edərdilər. Lakin onlar insanlardan daha tez öz metrolarını qurmuşdular və uzaq məsafələrə yalnız ondan istifadə edərək gedirdilər.
Səyahət çox vaxt alırdı və metroya bilet çox baha idi. Lakin onlar qərara gəldilər ki, “xoşbəxt” bilet düşən bütün cırtdanlar onu pulsuz əldə edə bilərlər. Cırtdanlara görə o bilet xoşbəxt bilet sayılırdı ki, p-say sistemində ilk k rəqəminin cəmi axırıncı k rəqəminin cəminə bərabər olsun. Məlumdur ki, cırtdanlardakı biletlərin nömrələri həmişə 2k rəqəmdən ibarətdir.
Neçə cırtdan bu halda metro ilə pulsuz gedə bilər? Nəzərə alın ki, cırtdanlar çox ədalətlidirlər və əgər onlardan hansı birindəsə artıq pulsuz bilet olurdusa, o həmişə növbəti xoşbəxt biletini digər yoldaşına verirdi.
Giriş verilənləri
Tək sətirdə boşluqla ayrılmış p və k qiymətləri verilir.
Çıxış verilənləri
Axtarılan cırtdanların 18446744073709551616 moduluna görə hesablanmış sayı.
Məhdudiyyətlər
Cırtdanlar sirr olaraq məlumat verdilər ki, Lvovdan Buxarestə gediş zamanı onlar xoşbəxt lvov ədədi 4 haqqında bilirdilər və ona görə də say sistemi və onlardakı biletlərin nömrələri elədir ki, k(p-1) + 1 <= 4444 şərtinə uyğun gəlir.