Slonopotom üçün tələ
Pyataçok və Vinni-Pux hər səhər çay içmək üçün Dovşana qonaq gedirlər. Təbii ki, ən qısa yol ilə. Təəssüf ki, bir dəfə Vinni-Puxun ağlına Slonopotoma tələ qazmaq ideyası gəldi. Ən təəssüf doğuran odur ki, onlar hətta onu qazdılar da. Buna görə də hər səhər Dovşana qonaq gedərkən onlar bu tələyə düşməkdən qorxurlar.
Vinni-Puxun evindən Dovşanın evinə qədər ən qısa təhlükəsiz yolun uzunluğunu hesablayan proqramı tərtib edin.
Slonopotom üçün tələ dairəvi formada quyudur. Yol o zaman təhlükəsiz sayılır ki, tələnin üzərindən keçməsin (lakin sərhədlərindən keçə bilər).
Giriş verilənləri
Giriş faylında əvvəlcə Vinni-Puxun evinin X_B, Y_B koordinatları, sonra isə Dovşanın evinin X_R, Y_R koordinatları, daha sonra isə tələnin mərkəzinin X_T, Y_T koordinatları və R_T. radiusu verilir. Bütün koordinatlar –32000-dan 32000-ə qədər diapazonunda tam ədədlərdir. Tələnin radiusu 32000-ni aşmayan natural ədəddir.
Vinni-Puxun və Dovşanın evləri tələnin içində ola bilməz, lakin onun sərhədlərində ola bilər.
Çıxış verilənləri
Çıxış faylına yeganə ədədi — Vinni-Puxun evindən Dovşanın evinə qədər ən qısa təhlükəsiz yolun uzunluğunu onluq nöqtədən sonra 4 işarədən az olmayaraqa verməli.