Hava şarını vuraq
Vinni-Pux və Pyataçok arılardan bal oğurlamaq üçün yola çıxdılar və növbəti dəfə pis vəziyyətə düşdülər. Pyataçoka yenə də öz ov tüfəngindən atəş açıb Vinni-Puxun bal üçün arı yuvasına qədər qalxdığı hava şarını vurmaq lazım gəldi. Bu zaman Vinni-Puxa xələl gətirmədən şarı vurmaq lazımdır. Atəş açmaq üçün optimal mövqeni təyin edin.
Belə ki, Vinni-Pux yeməyi xoşladığı üçün bu məsələdə (və yalnız bu məsələdə deyil) onu radiusu P olan kürə kimi qəbul edək. Vinni-Puxun mərkəzi yerdən H_p yüksəklikdədir. Ayının düz üzərində daha bir kürə - radiusu S olan hava şarı yerləşir. Hava şarının mərkəzi yerdən H_s yüksəkliyindədir. Hər iki kürənin mərkəzləri bir şaquli düz xətt üzərindədir. Aydın səbəbdən kürələrin kəsişmədiyinə, lakın toxuna bilməsinə zəmanət verilir.
Ov tüfənginin yalnız düz xətt boyunca atəş açdığını nəzərə alaraq Pyataçokun hava şarını müvəffəqiyyətlə vura bilməsi üçün onun uçuş nöqtəsindən yana çəkiləcəyi minimal L məsafəsini hesablayın. Şar o zaman vurulmuş sayılır ki, güllənin trayektoriyası heç olmazsa onun səthinə toxunmuş olsun və bu zaman əgər güllənin trayektoriyası ayıya toxunarsa o zərər görməmiş hesab olunur.
Giriş verilənləri
Giriş faylının yeganə sətrində 10000-i aşmayan dörd P, H_p, S və H_s müsbət tam ədədləri verilir.
Çıxış verilənləri
Silahdan atəş açaraq hava şarının vurulması üçün uçuş nöqtəsindən minimal məsafəni onluq nöqtədən sonra 5 işarədən az olmama dəqiqliyi ilə verməli.