Şifrələmə
Muller dəfələrlə Ştirliçi cinayət başında yaxalamağa cəht etmişdir, lakin o həmişə aradan çıxa bilmişdir. Bir dəfə Ştirliç elektron poçta baxırdı. Bu zaman Muller gizlincə daxil oldu və onun ekranında mənasız simvollar yığımı gördü.
"Şifrələmə", — Muller düşündü.
"UTF-8", — Ştirliç düşündü.
Məlunmdur ki, Ştirliç mətni növbəti şəkildə şifrələyir:
Bütün boşluqları və durğu işarələrini silir.
Ardıcıl gələn bütün eyni simvolları eyni həmin simvoldan biri ilə əvəz edir.
Mətnin ixtiyari yerinə dəfələrlə iki eyni hərf cütlüyünü yerləşdirir.
Verilmiş mətni ikinci addımdan sonrakı vəziyyətində bərpa etməyə çalışın. Bunun üçün mətndən üçüncü addımda əlavə edilmiş bütün eyni hərflər cütlüklərini silin.
Giriş verilənləri
Yeganə sətirdə Ştirliçin kiçik hərflər ehtiva edən şifrəsi yazılıb. Şifrənin uzunluğu 200000-i aşmır.
Çıxış verilənləri
Bərpa olunmuş mətni verin.