Yapışdırmaların tərtibatı
Yapışdırma üzərindəki mətn latın əlifbasının kiçik və böyük hərflərini ehtiva edir. Sözlər boşluqlar, yeni sətrə keçid və növbəti durğu işarələri ",", ".", "!", "?" ilə ayrılırlar.
Sözlərdən əvvəl və sonra istənilən sayda boşluqlar və boş sətirlər ola bilər lakin hər bir sözdən sonra durğu işarəsinin sayı birdən çox ola bilməz. Yapışdırma təkölçülü şrift ilə çap olunur, yəni hər bir simvol kağız üzərində sabit ölçülü düzbucaqlıda yerləşir. Yapışdırma haşiyəyə alınmış mətn və əlavə olaraq genişliyi bir simvolluq sahə olan ən kiçik düzbucaqlı formasaındadır.
Çox sayda yapışdırma çap ediləcəyi üçün istifadə olunacaq vərəqlərin sayını azaltmaq lazımdır. Yapışdırmanı elə hazırlamaq lazımdır ki, o imkandaxilində az yer tutsun. Məsələn, növbəti mətni olan yapışdırmaya baxaq:
Our pink elephants have great size and a small price. Buy our elephants!
Əgər bu mətni tək sətrə yazarıqsa, onda onun sahəsi (72 + 2) * (1 + 2) = 222 simvol olacaq. Digər tərəfdən mətni növbəti şəkildə yazarıqsa:
onda yalnız (18 + 2) * (4 + 2) = 120 simvol istifadə etmək olar.
Sizin vəzifəniz - yapışdırma mətnini elə bir neçə sətrə ayırmalısınız ki, o ən az yer tutsun. Yeni sətrə keçidi istənilən sözdən və ya durğu işarəsindən sonra qoymaq olar. Bir sətirdə hər bir sözü əvvəlkindən və ya durğu işarəsindən bir boşluq ayırmalıdır. Digər boşluqları və yeni sətrə keçid simvolunu saxlamaq vacib deyil.
Giriş verilənləri
Giriş verilənləri yapışdırmanın bir və ya bir neçə sətrini ehtiva edir. Mətn yalnız növbəti işarələri ehtiva edir: "A"-dan "Z"-ə, "a"-dan "z"-ə, ",", ".", "!", "?", boşluqlar və yeni sətrə keçidlər. Mətnin uzunluğu 10000 символdan çox deyil. Mətn həmişə yalnız boşlular olmayan simvollar ehtiva edir və həmişə hərflə başlayır.
Çıxış verilənləri
Ən kiçik yapışdırmanın sahəsini ifadə edən yeganə ədədi verməli.