Bustrofedon
Bustrofedon qədim munuskriptlərdə və digər yazılarda rast gəlinən ikiistiqamətli mətn növüdür.
Yazının hər ikinci sətiri çevrilir. Müasir ingilis dilində olduğu kimi soldan sağa oxumaq yerinə bustrofedondakı hər ikinci sətir əks istiqamətdə oxunmalıdır. Çevrilmiş sətirdəki simvolların təsviri də güzgü əks olunur.
Qeyd edək ki, bəzi latın hərfləri simmetrikdir və əks sətirlərdə onları güzgü əks etdirmək lazım deyil. Buna görə də bəzi ingilis mətnləri bustrofedonda standart şriftlərlə yazıla bilər. Simmetrik şriftlər bunlardır: A, H, I, M, O, T, U, V, W, X, Y.
Bustrofedon ən az 3 sətir ehtiva etməlidir. Bustrofedonun bütün sətirləri eyni sayda simvol ehtiva etməlidir (bunu bustrofedonun genişliyi adlandıracağıq), sonuncu sətir qısa ola bilər. Mətn yalnız ingilis əlifbasının böyük hərflərini (boşluqlarsız və durğu işarələrsiz) ehtiva edir.
Sizin proqram verilmiş mətində alınan və hərflərin güzgü əks olunması tələb olunmayan ən geniş bustrofedonun genişliyini tapmalıdır.
Giriş verilənləri
Giriş verilənləri böyük hərflər ehtiva edən tək sətirdən ibarətdir. Sətrin uzunluğu 1-dən 100000-ə qədər simvol ola bilər.
Çıxış verilənləri
Bustrofedonun maksimal genişliyini ifadə edən yeganə ədədi verməli. Həll yoxdursa, sıfır verməli.