Dairəvi marşrut
Bir ölkədə N şəhər var və bu şəhərlər bir-biri ilə yollar şəbəkəsi vasitəsilə birləşdirilib. Bu şəbəkə elə qurulub ki, hər bir şəhərdən digərinə yollarla çatmaq mümkündür. Ölkə prezidenti Franklin Delano Ruzveltin izindən gedərək işsizləri yol tikintisi ilə məşğul etmək istəyir. Lakin yeni yollar üçün kifayət qədər tikinti materialı olmadığından, bəzi köhnə yolları sökərək qalan yolları yaxşılaşdırmağa qərar verib.
Prezident, elə bir dövrə (sikl) təşkil edən yolları silmək istəyir ki, qalan yollarla hələ də hər şəhərdən digərinə çatmaq mümkün olsun. Belə bir dövrəni tapın və ya onun mövcud olmadığını bildirin.
Giriş verilənləri
Birinci sətirdə iki tam ədəd N və M, müvafiq olaraq şəhərlərin və yolların sayı verilir (1 <= N <= 100 000, 2N <= M <= 3N). Növbəti M sətirdə yollar verilir. Hər bir yol onu birləşdirən şəhərlərin nömrələri ilə göstərilir. Şəhərlər 1-dən N-ə qədər nömrələnib. İki şəhər arasında bir neçə yol ola bilər, həmçinin yol bir şəhəri öz-özünə birləşdirə bilər.
Çıxış verilənləri
Əgər tələb olunan marşrut mövcud deyilsə, –1 ədədini çıxarın. Əgər mövcuddursa, marşrutu təşkil edən şəhərlərin nömrələrini çıxarın.