Kinoteatr+
Bir dəfə G şəhərinin B məktəbinin şagirdləri kinoya getmək qərarına gəldilər. Kinoteatrın müdiriyyəti bütün yerlərin şagirdlərlə dolması üçün xüsusi seçilmiş n × m ölçülü zalda yerləşdirdi. Hər bir kinoteatra gələnə öz nömrəsi verildi.
Məktəblilər öz yerlərini növbəti şəkildə tutdular: onlar zala nömrələrinin gəldiyi ardıcıllıqda daxil oldular və əvvəlcə birinci sıranı, sonra ikincini, daha sonra üçüncünü və s. tamamilə doldurdular.
Lakin sinif rəhbəri hesab etdi ki, bu cür yerləşdirmə uşaqların davranışlarına pis təsir göstərir və onları başqa cür yerləşdirdi: şagirdlər əvvəlcə hər bir sıranın bütün birinci yerlərini, sonra bütün ikinci yerlərini və s. tutdular (şəklə bax).
Müdiriyyət bu yerdəyişmədən sonra neçə şagirdin yerini dəyişmədiyini təyin etmək qərarına gəldi.
Giriş verilənləri
Giriş faylının ilk sətrində n və m (1 ≤ n, m ≤ 10^9
) ədədləri verilir.
Çıxış verilənləri
Çıxış faylına yerdəyişmə nəticəsində eyni yerində oturmalı olan şagirdlərin sayını verin.