Gün düşən (Asan)
Gün düşən yer dözülməz idi... Ehtiyatlı bosman qyuslarla (bayraqlarla) bərabər matroslara bayraqların qalmış materiallarından hazırlanmış üçbucaq şəkilli iki qatlanmış brun dəsmalları verdi.
Seva öz kayutasında az gün işığı düşməsi üçün illyuminatoru bu sıx parça ilə örtmək qərarına gəldi. Bu zaman matrosu bir sual maraqlandırdı: Bu halda illyuminatorun maksimum hansi sahəsi örtülmüş olacaq?
Sevaya bu sadə məsələni həll etməkdə kömək edin, belə ki, o bunu hələ ki, sərbəst şəkildə edə bilmir.
Giriş verilənləri
Yeganə sətirdə üç natural r, a və c (0 < r ≤ 100, 0 < a, c ≤ 200) ədədləri verilir, burada r - illyuminatorun radiusu, a - dəsmalın iki bərabər tərəflərindən birinin uzunluğu və c - üçüncü tərəfinin uzunluğudur.
Çıxış verilənləri
Yeganə ədədi - dəsmalın illyuminatorun üzərini örtə biləcək maksimal sahəsini onluq nöqtədən sonra 2 işarə dəqiqliyi ilə verməli.