ACM metrosu
ACM şəhəri yetərincə spesifik yeraltı metro sisteminə malikdir. Metronun hər bir xəttində hər iki istiqamətdə hərəkət etmək olar. İki xətt kəsişə bilir ki, bu da sərnişinlərin kəsişmə nöqtəsində bir xəttin qatarından digər xəttin qatarına keçməyə imkan verir. Sizin marşrutunuzun başlanğıc və sonu hardasa metro xətlərinin üzərindədir. Siz metro qatarlarında hərəkətə marşrutun başlanğıc stansiyasında başlayırsınız və marşrutun sonuna çatana qədər metro xətlərinin kəsişmə nöqtələrində qatarı dəyişə bilərsiniz. Sizə tələb olunan səyahəti pulsuz, başqa sözlə, bir bilet belə almadan başa vurmaq tapşırılıb. Problem ondadır ki, bir neçə polis biletləri yoxlayır. Başqa sözlə, Siz səyahətiniz vaxtı bu polislərin heç biri ilə münaqişəyə girmək istəmirsiniz. İki vəziyyətdə polislərlə münaqişəyə düşmək olar: bir xətdən digərinə qatarınızı dəyişən zaman xətlərin kəsişməsində, ya da sizin olduğunuz vaqonda biletlərin yoxlanması zamanı. Sizə polislərin ilkin olduğu yer məlumdur. Qeyd edək ki, əgər polislər xətlərin kəsişməsindədirsə, onlar yalnız Siz bu kəsişmədə qatar dəyişirsinizsə, Sizdən biletinizi təqdim etməyi xahiş edəcəklər. Yox, əgər polislər xətdədirlərsə (amma xətlərin kəsişməsində deyildirlərsə), onlar yalnız Sizinlə eyni vaqonda olduqda biletinizi göstərməyi xahiş edəcəklər. Xəritədə metroda olmayan polislər də var ki, Siz onları nəzərə almaya bilərsiniz.
Məsələn, aşağıdakı şəkildə metronun beş xətti təsvir edilmişdir və üç polis qara dairəciklərlə qeyd edilmişdir. Siz l_{1 }– l_4 yolunda polislərlə qarşılaşmadan s-dən d-yə gedə bilərsiniz, lakin s-dən d'-ə polislərlə münaqişə olmadan çatmaq mümkün deyil.
Metro xətlərinin verilmiş yerləşməsinə, polislərin yerinə və Sizin səyahətinizin başlanğıc və son nöqtəsinə görə tələb olunan marşrutu yolda heç bir polislə qarşılaşmadan keçməyin mümkünlüyünü müəyyənləşdirmək lazımdır.
Giriş verilənləri
Birinci sətirdə testlərin t sayı verilir. Hər bir testin birinci sətrində metroda xətlərin və polislərin sayını bildirən iki n və m (1 ≤ m ≤ 100, 1 ≤ n ≤ 3000) tam ədədləri yerləşir. İkinci sətirdə səyahətin başlanğıc və son nöqtələrinin koordinatları olan dörd x_s y_s x_d y_{d }tam ədədləri yerləşir. Bu iki nöqtə metro xətlərinin üstündə yerləşmişdir. Sonrakı n sayda sətrin hər biri x_1 y_1 x_2 y_2 formatındadır və metro xəttini təsvir edir: (x_1, y_1) və (x_2, y_2) ilə xətlərin uc nöqtələri verilir. Daha sonrakı m sayda sətirdə polislərin yerləşdiyi nöqtələrin koordinatları x y tam verilir. Bütün koordinatlar ixtiyari tam ədədlərdir.
Çıxış verilənləri
Çıxışa hər biri bir testə uyğun olan t sayda sətir verilir. Hər bir sətirdə yolda heç bir polislə qarşılaşmadan metroda səyahəti başa vurmaq imkanının olub-olmamasından asılı olaraq YES və ya NO sözü verilir.