Hədiyyələr
Dədə Şaxta yeni il bayramı üçün N qutu konfet gətirdi. Bayrama K_1+K_2 uşaq qatıldı. Məlumdur ki, bu uşaqlardan K_1 nəfəri cüt sayda konfet, K_2 nəfəri isə tək sayda konfet almaq istəyir.
Dədə Şaxta bütün hədiyyələrini elə paylamaq istəyir ki, hər bir uşaq ən azı bir qutu alsın və onların konfet arzuları yerinə yetirilsin. Qutuları açmaq və bir qutudakı konfetləri bir neçə uşaq arasında bölmək mümkün deyil.
Giriş verilənləri
Giriş faylının birinci sətrində üç tam ədəd N, K_1, K_2 (1 ≤ N, K_1, K_2 ≤ 10^5) verilir. İkinci sətirdə N tam ədəd a_i verilir, hər biri müvafiq qutudakı konfetlərin sayını göstərir (1 ≤ a_i ≤ 10^9).
Çıxış verilənləri
Çıxış faylının yeganə sətrində, əgər Dədə Şaxta bütün qutularını uşaqlara onların arzularını nəzərə alaraq paylaya bilirsə, "YES", əks halda "NO" yazılmalıdır.