Dördüncü mərtəbə
Bilirsiniz niyə dördüncü mərtəbə bağlıdır və lift orada dayanmır? Ona görə ki, həqiqətən liftin dayanmadığı dürdüncü, bağlı mərtəbədə natural ədədlərlə nömrələnmiş sonsuz sayda mənzil var. Bu mərtəbəyə mütəmadi olaraq uşaqlar gəlir ki, onların da hər biri əvvəlcədən hansı mənzildə qalacaqlarını seçmişlər. Əgər seçilmiş mənzil boş olarsa, onda uşaq onu tutur, əks halda o ilk ən böyük nömrəli boş mənzili seçir. Bundan başqa bəzi uşaqlar növbənin ortasında gedirlər. Uşaq getdikdən sonra onun qaldığı mənzil boşalmış olur və növbəti uşaq onu seçə bilər.
Dördüncü mərtəbədən məsul şəxs olan müəllimlərin işini modelləşdirin və gələn uşaqlara hansı mənzilin boş olduğunu cəld söyləmyə çalışın.
Giriş verilənləri
Giriş faylının ilk sətri növbə ərzində baş verən gəlmə və getmələrin sayını ifadə edən n (n ≤ 100000) ədədini ehtiva edir. Növbəti n sətir YKM (Yay Komyuter Məktəbləri) haqqında informasiya ehtiva edir. a > 0 ədədi a (|a| ≤ 10^6
) mənzilində qalmaq istəyən məktəblinin gəldiyini ifadə edir. a < 0 ədədi isə |a| nömrəli mənzildəki məktəblinin getdiyini (bu mənzilin boş olmadığına zəmanət verilir) ifadə edir.
Çıxış verilənləri
Hər bir gələn məktəbli üçün onun qalacağı mənzilin nömrəsini ifadə edən yeganə natural ədədi verin.