Murzik
Bahar... Gözəl vaxtdır. Hər şey canlanır və hərəkət edir, çiçəklənir, yeni həyat dövrü başlayır. Məşhur Murzik də kənarda qalmır! Lakin o gündüzlər nə qədər fövqəladə şəkildə aktiv olursa, gecələr də o qədər möhkəm yatır. Həm də zavallı heyvan əsasən qorxulu yuxular görür....
Bir gecə o yuxusunda görür ki, siçovulların riyaziyyat yarışında hakimdir (bəli, bizim rəqəmsal texnologiya əsrimizdə hətta siçovullar da elmi-texniki tərəqqidən kənarda qalmayıblar) .
Yarış hər birində K siçovul olmaqla N komanda arasında keçirilir. Yarış hər birində hər komanda üzvlərindən bir ədəd deməsi ilə K raundda keçirilir. Kimdə bütün ədədlərin hasili daha böyükdürsə, o komanda qalib gəlir. Nəyə görə siçovullar hər dəfə maksimum böyük ədəd demirlər? Elə ona görə də onlar siçovuldurlar ki, Murzikdən fərqli olaraq intellektlə yoğrulmuşlar. Lakin Murzik də anlayır ki, riyazi qabiliyyəti kifayət etmədiyindən o özü nəticələri hesablaya bilməyəcək və ona görə də sizdən kömək etməyi xahiş edir.
Giriş verilənləri
Birinci sətirdə iki tam ədəd N və K(0 < N ≤ 20, 0 < K ≤ 100000) verilir. Sonrakı K sayda sətirin hər birində komanda üzvlərinin dediyi N sayda ədədlər yerləşir. Belə ki, siçovullar təhsillilərin nümayəndəsi kimi yalnız 32-bit işarəli ədədləri tanıyırlar.
Çıxış verilənləri
Yarışın qalibi olmuş komandanın nömrəsi. Əgər bir neçə komanda eyni nəticəyə malikdirsə, onda nömrəsi daha böyük olan komanda qalib olur.